Resul Rıza Bir yanım MosuldurBir yanım Ərbil,Bəxtimə yazıldıBu qara nisgil.Çəkdiyim ağrılıİllər içindəNə bəd gəldi qanlı,Qadalı bu il.Güneylər, ay quzeylər,Dərdim odu buz eylər.Gəldi ağır günlərim –Bir dərdimi yüz eylər.Bağdaddan karvan gəlir,Dərdli, pərişan gəlir.Kimlər qurban kəsilib,Sularım al-qan gəlir.Məsulun yolu daşdı,Yollar qana bulaşdı.Bir-birinin qənimiİki insan- qardaşdı. Kərkük üstü dumandı,Kərkük oda qalandı.Kərbəla müsibətiBuna baxsan yalandı.Ərbilə,Yanğın düşdü Ərbilə;Höcəti kəsmək olmazDava-dalaş, hərb ilə. 1 Ərbilə,Karvan gedər Ərbilə.Sirrini elə saxlaNə qardaş, nə ər bilə.Dənizə,Dolu düşdü dənizə.Namərd, əlin qurusun,Necə qıydın Təbrizə.Dərələr,Yastı, çuxur dərələr.Bağ salmadım ki, yadlarMeyvəsini dərələr. Bu dağlar,Bu dərələr, bu dağlar.Kimə neyləmişdilərSındırılmış budaqlar.Ay buluddan göründü,Yenə gizlənər indi.Göydən bir dəmir düşdü,Bütün Kərkük diksindi.Tərlan uçdu, sar gəldi,Dolukəsdi, qar gəldi.Eyvana kölgə düşdü,Dedim yağılar gəldi.Bağdad qızıl, gümüşdü,Bağdada yanğın düşdü.Belə qara günləriBağdad haçaq görmüşdü.Atlarım,İlxı-ilxı atlarım. Bir çətin günə düşdüm,Ağladı xoyratlarım.Naxçıvandan,Təbrizdən Naxçıvandan.Ağla, gözlərim, ağla!Ayrıldın çox cavandan.Külək əsdi güneydən,Bir nalə qopdu neydən.Alov yağdı, köz yağdıGecə ulduzlu göydən.Kərkükün baş qalası,Divarı daş qalası.Ölü ana yanındaTökür qan-yaş balası.Qara yellər əsəndə,Elin dərdi var səndə.Yeddi qurban kəsərəmBu davalar kəsəndə.Ay batdı gün doğanda,Nur zülməti boğanda.Kim görmüşdü buluddanÖlüm daşı yağanda.Tufan qopdu quzeydən,Qara buludlu göydən.Bir od düşdü Kərkükə –Nalə qalxdı yüz evdən.Göydə ildırım çaxar,Dərələrdən sel axar.Çox sürməz bu qaranlıq,Səhər olar, gün çıxar.