DR. ŞƏMSƏDDİN KUZƏÇİ YARADICILIĞINA BİR BAXIŞ
PROFESSOR QƏZƏNFƏR PAŞAYEV Yaradan Şəmsəddin Kuzəçiyə tükənməyən enerji bəxş etmişdir. Xoşbəxlikdən o, buenerjini bütövlükdə İraq türkman ədəbiyyatına və ədəbi əlaqələrə həsr etmişdir.İnanılası deyil, hələ 60 yaşı tamam olmayan Şəmsəddinin 60-dan artıq kitabı çıxıb.Rəsmi dövlət dili ərəb dili olan bir ölkədə Dr.Şəmsəddin Küzəçinin bütün çağdaş şairləri,hətta yaradıcılığı zəif olan şairləri “Kərkük şairləri” kitabına daxil etməsi doğma dilinunudulmaması, qorunması, təbliği və yayılması kimi müqəddəs bir işə xidmət edir. Bu,Dr.Şəmsəddin Kuzəçinin tarixi xidmətidir ki, bunu hamı dərk etməlidir. Gələcəkdə tədqiqatçılarən mötəbər mənbə kimi ustadımız Əta Tərzibaşı və Şəmsəddinin əsərlərinə istinad edəcəklər.“İraq Türkman şairləri” poeziya antologoyaları ayrı-ayrılıqda Əta Tərzibaşı vəDr.Şəmsəddin Küzəçi tərəfindan hazırlanıb çap olunmuşdur. Əta Tərzibaşı 4 cildlik Kərkükşairləri antologoyasında yalnız dünyasını dəyişmiş şairlərdən bəhs etmişdir. Təəssüf hissi iləqeyd etməliyəm ki, Əta Tərzibaşı “Ərbil şairləri” kitabında isə günümüzdə yazıb-yaradan Ərbillişairlərdən ətraflı söz açdığı halda, nədənsə Kərkük, Tuz Xurmatu, Təzə Xurmatu, Kifri, Teləfər,Xanagin, Bağdad və s. kimi şəhər və qəsəbələrdə yaşayan, yazıb-yaradan heç bir çağdaş şairdənbəhs etməmişdir. Halbuki onların bir çoxu adlı-sanlı qələm sahibləridir. O şairlərin tədqiqatdankənarda qalması İraq Türkman poeziyasının ümumi mənzərəsi barədə tam təsəvvür yaratmağaimkan vermir.Dr.Şəmsəddin Küzəçinin hər cildi altı yüz səhifədən artıq olan, 1-ci cildi Əta Tərzibaşıya,2-ci cildi bu sətirlərin müəllifinə ithaf edilən “Kərkük şairləri” (İraq Türkman şairləri) kitabındaisə mühacirətdə yaşayan şairlər daxil, bütün çağdaş İraq Türkman şairləri tədqiqata cəlbedilmişdir.“İraq Türkman şairleri” antologiyası Şəmsəddin Kuzəçinin indiyə qədər 60-dan artıq işıqüzü görən kitaplarından örnəklərdir.Şəmsəddin Küzəçinin İraq, Türkiyə və Azərbaycanda çap etdirdiyi kitablarının bəzisininadını çəkməklə kifayətlənirik: “Şəhid şair Kamal Ömər” (Kərkük, 1992), “Tək günahım türkolmaqdır” (Ankara, 2000), “Türkməneli ədəbiyyatı” (Ankara, 2005), “Xoyratlarım” (Bakı,2005), “İraq mətbuat tarixi” (Ankara, 2009; Bakı, 2019), “Teləfər şairləri” (2010), “Solmayanpapatyalar” (Ankara, 2010), “Kərkükün möhtəşəm səsi Əbdülvahid Küzəçi” (Kərkük, Ankara,2012), “Kərkük şairləri. İngiliscə” (Ankara, 2014), “Novruz çiçəkləri. Türk dünyası kadınşairləri” (Ankara, 2015), “Sarmaşıq duyğular” (Ankara, 2017), “Kərkükün milli şairi Məhəmmədİzzət Xəttat” (Ankara, 2017; Kərkük, 2018), “Azerbaycan Maqalelerim” (Ankara, 2023), 2“Azerbaycan Sevdalısı” (Ankara, 2023), “Şairler Vicdanında Doğramacı” (Ankara, 2023),“ResulRzanın uzaq ellerin yaxın töhfeleri” (Ankara, 2023), “Kerkük Şairleri-Azerbaycan Türkçesi”(Ankara , 2023) və s.Dr.Şəmsəddin Küzəçinin ədəbi əlaqələr istiqamətində xidmətləri böyükdür. Çəkinmədəndeyə bilərik ki, o, İraq Türkman–Azərbaycan ədəbi əlaqələrində əsas simalardan biridir. Busətirlərin müəllifinin 2016-cı ildə Bakıda çap olunan “Əta Tərzibaşının folklorşünaslıqfəaliyyəti” monoqrafiyası 2017-ci ildə Dr.Şəmsəddin Kuzəçinin sədri olduğu Kərkük KültürDərnəyi tərəfindən Ankarada çap etdilmişdir. Eləcə də Dr.Mustafa Ziya və Dr.Şəmsəddin Kuzəçi“Kərkük sevdalısı Qəzənfər Paşayev” (Kərkük, 2017, 152 səh.; yenidən işlənmiş nəşri, Ankara,2019, 212 səh.) kitabını yazıblar.Dr.Şəmsəddin Kuzəçi filologiya üzrə elmlər doktoru Gülxani Pənahın bu sətirlərinmüəllifinə həsr etdiyi “Şəxsiyyətlə yaradıcılığın vəhdəti” (Bakı, 2018) monoqrafiyasına müsbətrəy yazıb və rəyi “Qəzənfər Paşayevi anlamaq” adı ilə nəşr olunan monoqrafiyada çap edilib.Bütün bunlar uğurlu addımlardır. Lakin bizim fikrimizcə, tədqiqatçı Dr. Şəmsəddin Kuzəçininikicildlik Türkiyə türkçəsində hazırlanan “Kərkük şairləri”ndə (İraq Türkman şairləri) yer alan170 şair ve elinizdeki bu kitapda dərc olunan yüzə yaxın Türkman şairinin həyat vəyaradıcılığından bəhs etməsi əvəzsiz xidmət kimi qiymətlidir.Azərbaycanlı oxucular bu kitapta İraq Türkman şairlərindən Salah Növrəs, Nəsrin Ərbil,Əbdüllətif Bəndəroğlu, Fələkoğlu, Əbdüləziz Səmin Bayatlı, Əli Yağmuroğlu, Fövzü Əkrəm,Farük Köprülü, Hanı Sahib, Kamal Bayatlı, Məhəmməd Ömər Qazançı, Mustafa Ziya,Münəvvər Molla Hassun, Nüsrət Mərdan, Qara Vahab, Qədriyyə Ziya, Rza Çolaqoğlu, SəttarKöprülü, Şəhid şair Kamal Ömər, Şəmsəddin Küzəçi, Hazım Şükür Daquqlu kimi tanınan vəsevilən şairlərin yaradıcılığı ilə tanış olacaqlar.Şübhəm yoxdur ki, “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” ensiklopedik məlumatkitabının, eləcə də universitetlər üçün nəzərdə tutulmuş “Türk xalqları ədəbiyyatı” dərsliyiningələcək nəşrlərində Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olan İraq Türkman yazarları, ocümlədən də Dr. Şəmsəddin Kuzəçi layiqli yerlərini tutacaqlar.Onu da deyim ki, bu il Şəmsəddin Kuzəçi Azərbaycan Milli Elmlər AkademiyasınınƏdəbiyyat İnstitutunda fəxri doktor adına layiq görülməsi gözlənilir.Dr.Şəmsəddin Kuzəçi hazırda böyük bir əsər – 1961-ci ildə ilk sayı çıxan və bu gün də çapolunan “Qardaşlıq” və “Birlik səsi”, “Türkman eli”, “Kərkük” dərgilərində, “Yurd”, “Türkmaneli” və başqa qəzetlərdə Azərbaycan yazıçı və şairlərinin, eləcə də elm adamlarının əsərlərini vəonların yaradıcılığına həsr olunmuş məqalələri toplayaraq kitab halında çapı üzərində işləyir.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin fəxri üzvü, “Ədəbiyyat” qəzetininRedaksiya Şurasının üzvü Dr.Şəmsəddin Kuzəçi 25 ilə yaxındır ki, Azərbaycan–İraq ədəbi-elmi 3 əlaqələri yolunda yorulmadan çalışır.Qədirşünaslıq əlaməti olaraq Bakıda Prof.Dr. Rəsmiyyə Sabirin tərtibində “Azərbaycansevdalısı Şəmsəddin Kuzəçi” (Bakı, 2023, 197 səh.) kitabı çap olunmuşdur. Kitaba Ön sözü mənyazmışam. Bundan əlavə bu çox maraqlı əsərdə “Şəmsəddin Kuzəçi dünyası” adlı genişməqaləm də yer alır.Azərbaycanda Şəmsəddin Kuzəçinin bir neçə kitabı işıq üzü görüb: “İraq Türkman poeziyaantologiyası”, Azərbaycanca və ingiliscə çıxan “İraq Türkman mətbuat tarixi”, Azərbaycanlabağlı “Kərkükdən səsləniş” (Bakı, 2018) və “Kərkükdən Azərbaycana” (Ankara, 2019) adlı genişhəcmli kitabları çıxıb.Şəmsəddin Kuzəçi böyük bir ailədən, məşhur bir nəsildəndir. Onun əmisi ƏbdülvahidKuzəçioğlu məşhur müğənni olub. Azərbaycan xalq mahnılarını çox sevib və həmişərepertuarına daxil edib. Hətta azərbaycanlı Aşıq Pənahın “Ay qız, tovuz kimi sən” mahnısınısevə-sevə oxuyub. Səməd Vurğunun “Gülə-gülə”, Rəsul Rzanın “Layla, balam, a layla”şeirlərinə musiqi bəstələyib və 1966-cı ildə Kərkükdə çap olunan “Kuzəçioğlunun xoyrat vəbəstələri” kitabına daxil etmişdir.Dr.Şəmsəddin Kuzəçi əmisinin başladığı işi uğurla davam etdirir.Şəmsəddin Kuzəçi bir fenomendir. O, insanın sağlığında çox da duyulmaz. Onun gördüyüişlər böyük bir tədqiqat institutunun görə biləcəyi işə bərabərdir. Onun yerinə başqa birisiolsaydı, ədası yerə-göyə sığmazdı.Ürəyi yazıb-yaratmaq eşqilə döyünən, Şəmsəddin qardaşıma yeni-yeni uğurlar, qədriniitirəndən sonra bildiyimiz möhkəm cansağlığı diləyirəm. QƏZƏNFƏR PAŞAYEVAzərbaycanda İraq Türkman Araşdırmalarıüzrə Əlaqələndirmə Şurasının sədr müavini,Əməkdar elm xadimi, professor